Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Razılaşdırılmamış yürüş, mitinq, piketlərə imkan verilməyəcək”

0d4b68aa8631575e89cdd75630a08ad3

 

“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək. Referendum ərəfəsində razılaşdırılmamış yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və vəzifəsi” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
O. Zalov bildirib ki, bu prosesə xələl gətirmək istəyənlərə heç bir imkan tanınmayacaq:“Seçki komissiyalarının müraciətindən 10-15 dəqiqə sonra polis orada olacaq. Qeydə alınmış təşviqat qrupları ayrılmış açıq və qapalı yerlərdə öz təşviqatını aparacaq. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq”.
O. Zalov qeyd edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır:“Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Hazırda ciddi heç bir problem yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam