Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Qanun”un şikayəti rədd edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Qanun Nəşriyyatı” Məhdud Məsuliyyəti Cəmiyyətinin şikayətini rədd edib.

Xeberinfo.com:  Şikayət nəşriyyatda qanunsuz axtarış, götürmə aparılması ilə bağlı olub.

İyunun 12-də polis əməkdaşları binaya bomba qoyulması ilə bağlı xəbər aldıqlarını əsas göstərərək “Qanun” nəşriyyatında axtarış tədbirləri keçirərək, bəzi materialları özləri ilə aparmışdılar

Nəşriyyat axtarış və götürmənin qanunsuz sayılması iddiası ilə Xətai Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə iyulun 13-də müraciəti rədd etmişdi.

Avqustun 12-də Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə rayon məhkəməsinin qərarından verilən şikayətə baxıb.

“Qanun”un vəkillərindən Elçin Sadıqov deyib ki, məhkəmədə gərəkli suallara yenə aydınlıq gətirilməyib.

“Müstəntiq yenə bildirdi ki, “Qanun”un binasına bomba qoyulması ilə bağlı 102 xidmətinə məlumat daxil olub. Təxirəsalınmaz hal olduğundan binaya baxış keçirilməsi haqqında qərar qəbul edilib. Baxış zamanı bomba tapılmayıb. Çap materialları, əşyalar isə “zərurət yarandığından” götürülüb. Ancaq bu “zərurət”ə aydınlıq gətirilmədi”, deyən vəkil şikayətin təmin edilmədiyin bildirib.

“Vəkilin bildirdiyinə görə, bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

İyunun 12-də ölkənin azsaylı müstəqil nəşriyyatlarından sayılan “Qanun”un nəşriyyatında polis axtarış aparıb. Çap və yarımçap məhsullarını müsadirə edərək binanı tərk etmişdilər.

Daha sonra bəlli olmuşdu ki, müsadirə edilən məhsullar arasında həbsdəki REAL hərəkatının sədri İlqar Məmmədovun doğum günü münasibətilə hazırlanmış flayerlər də var.

O zaman REAL-ın yaydığı bəyanatda deyilirdi ki, axtarılan “bomba” elə flayerlərmiş.

REAL hərəkatı da məhkəməyə şikayət edib. (Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam