Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ANS-in bağlanması hakimiyyətdəki bir qrupun istəyidir”

«ANS hər zaman hakimiyyətin bir qolu ilə konfliktdə olub. Lisenziyasının geri alınması da bununla bağlıdır».

Xeberinfo.com:   «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ANS televiziyasının məhkəmə yolu ilə bağlanmasını belə şərh edir. O xatırladır ki, 2006-cı ildə də ANS-in qapısı möhürləndi: «Az qalmışdı ki, bağlansın. Biz son vaxtlar Milli Teleradio Şurasının ANS-ə qarşı mütəmadi qərarlar çıxarmasının şahidi oluruq. Ancaq Şuranın ANS-lə bağlı mövqeyini başqa kanallara görmürük, halbuki digər telekanallarda kifayət qədər qanun pozuntusu var».

M.Əliyev hesab edir ki, ANS-in bağlanması hakimiyyətdəki bir qrupun istəyidir və buna nail olundu. Onun fikrincə, Türkiyə olayları, Fethullah Gülen məsələsi bəhanə kimi ortalığa atılıb: «2006-cı ildə məhkəmə qərarı yox idi, bu dəfə isə məhkəmə yolu ilə lisenziyasını geri aldılar. Açılacağını güman etmirəm».

«BU, GÖRÜNTÜ İDİ»

ANS prezidentə, ailəsinə hər zaman loyal münasibət göstərib, hətta bir neçə dəfə ölkə başçısı İlham Əliyevi «İlin adamı» elan edib.

«ANS bu görüntünü yaradıb, sanki ölkə rəhbərliyinin telekanala münasibəti yaxşıdır fikrini formalaşdırmağa çalışıb. Əslində isə hakimiyyət ANS-in mövcudluğunu istəmirdi», – M.Əliyev deyir.

Müsahibimiz bunu onunla izah edir ki, ANS tənqidi televiziya olmasa da, jurnalistika prinsiplərini digər televiziyalarla müqayisədə daha çox qorumağa çalışırdı: «Hakimiyyət isə azacıq müstəqilliyi belə qəbul etmir – ya mən istəyən kimi işləyəcəksən, ya da bağlanacaqsan».

İyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlandığı əsas gətirilərək telekanal bağlanıb.

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü ilin oktyabrında verilmiş lisenziyanı ləğv edib. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam