Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ANS televiziyası və radiosu fəaliyyətini bərpa edə bilməz”

ANS-LOQO

“ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib”.

Xeberinfo.com:  Bu barədə  Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov Turan-a bildirib.

Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib.
Yerli media ANS-in bağlanmasına səbəb kimi Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hadisələri işıqlandırmasını və Ankaranın bu cəhdin təşkilində ittiham etdiyi Fətullah Gülənlə müsahibə hazırlamasını göstərir. Amma, ANS-in efirində Fetullah Gülənlə  müsahibə göstərilməyib.
Məhkəmədə MTRŞ-nin nümayəndəsi bildirib ki, hətta Fətullah Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başları, əlləri göstərib, bu da, MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.
ANS-in nümayəndəsi isə deyib ki, həmin gün ANS Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə, iddiaçı kadrları təqdim edə bilər. Amma bunu sübut edən kadrlar məhkəmədə nümayiş etdirilməyib. Məhkəmə MTRŞ-nin iddiasını təmin edib.
ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, “MTRŞ iyulun 18-də  bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz”, – deyə Toğrul Məmmədov qeyd edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam