Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-də ixtisarlar

ans tv

Mayis Məmmədov: “Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz”

"Xeberinfo.com":   Milli Televiziya və Radio Şurasının ard-arda ANS telekanlı ilə bağlı qərarları, kəsdiyi böyük məbləğdə cərimələr şirkətdə vəziyyəti gərginləşdirib. Modern.az saytına daxil olan məlumatda bildirilir ki, baş verənlər telekanalda kütləvi ixtisarlara səbəb olub. İş o həddə çatıb ki, hətta xadimələrdən bir qrupunu yola salıblar.
Modern.az saytı məsələ ilə bağlı ANS şirkətlər qrupunun mətbuat müşaviri Mayıs Məmmədovla əlaqə saxlayıb. O, məsələyə münasibət bildirməkdən boyun qaçıraraq “Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz. Mən bu haqda heç nə deməyəcəm. Ən yaxşısı Mir Şahinə zəng vurun” deyərək dəstəyi asıb.
ANS şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev isə dəfələrlə zəng vurmağımıza baxmayaraq telefonu açmayıb.
Qeyd edək ki, MTRŞ ilk olaraq ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının bağlanması haqda qərar çıxardı, daha sonra telekanalı bir neçə verilişə görə 54 min manat məbləğində cərimələdi. Şuranın növbəti qərarı kanalın efirində gedən bir neçə filmin reklamla kəsilməsinə görə 25 min manat oldu. Həmçinin MTRŞ serial çəkilişi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsinə görə ANS-in 160 min manat cərimə olunması ilə bağlı məhkəməyə müraciət etdi. Şura ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam