Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir?

 

“Zülfiyyə Hüseynova prezident təqaüdü almamağından şikayətlənir? Bəs o bu təqaüdü nə üçün almalıdır ki?” 

     

      "xeberinfo.com": Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov  5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu Zülfiyyə Hüseynovanın şikayətinə cavab olaraq bildirib. Xatırladaq ki, Zülfiyyə Hüseynova haqqının yeyildiyini söyləmişdi: “Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar. Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm”.

      Azad Rəhimov məsələ ilə əlaqədar bunları deyib: “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır”.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam