Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azad Rəhimovla oğlunun "dibçək biznesi": nazirin villalarını bəzəyəcək güllər

 

Azad Rəhimovla oğlunun "dibçək biznesi":

 

 

Xeberinfo.com:   İyulun 17-19-da Bakıda keçirilən “Formula 1” Qran-Pri yarışlarından öncə paytaxtın bir çox yerlərində abadlıq işləri aparılar, pilotlarının keçəcəyi küçələrə baxan balkonlar, binaların fasadları, yol kənarları bəzədilirdi. Hətta pilotlarının keçəcəyi küçələrə baxan balkonlara təbii gül dibçəkləri də qoyulurdu. 

Bütün bunlar fakt olsa da, "Formula-1" üzrə Bakı "Qran Pri"sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti onu təkzib edir, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirirdi. Bu işlərin “Formula 1”lə əlaqəsinin olmadığını, onların şəhərin gözəliyinə xidmət etdiyini bildirirdi.

Məşhur atalar məsəlində deyildiyi kimi, "Yalan ayaq tutar, yeriməz". Elə də oldu.

Qaynarinfo.az xəbər verir ki, bu gün balkonlara düzülmüş dibçəklərin yığışdırılması ilə bağlı xəbərlər yayılır, sosial şəbəkələrdə fotolar paylaşılır. Demək ki, məqsəd heç də Bakını gözəlləşdirmək deyilmiş. Məqsəd "üstü bəzək, altı təzək" olan şəhərimizi avropalıların gözünə gözəl göstərmək imiş. İşlərini gördülər, dövlətin milyonlarını havaya sovurdular, qonaqlar gedən kimi dibçəklərini də yığışdırıb aradan çıxdılar. Ortada dövlətin havaya sovrulmuş 100 milyonlarla manatının hesabatı qaldı. Həmişəki kimi...

Azad Rəhimov və oğlunun dediyi kimi, bu dibçəklər şəhərin gözəlliyinə xidmət edirdisə, "Formula 1" bitən kimi onları niyə yığışdırmağa başladılar? Bəlkə, Azad Rəhimov milyon dollarla dəyəri olan villalarının hasarlarını bu dibçəklərlə bəzəmək qərarına gəlib? Niyə də bəzəməsin? Əziyyət çəkib yarış keçiriblər, dövlətə milyonlar "qazandırıblar", indi də haqqlarını alırlar... 

Ya bəlkə, ən azı 100 milyon manat ziyan hesabına başa gələn yarışın zərərini dibçəkləri satmaqla ört-basdır edəcəklər. Elədisə, nə deyirik, bazarınız bol olsun...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam