Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Formula 1" Avropa Qran-prisinə start verilir - VİDEO

 

Bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

 

Xeberinfo.com:   Trend-ə istinadən xəbərə görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir. Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub. Qran-prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də "Formula 1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.  "Report"a istinadən xəbərə görə, paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran-pridə avtomobillər Hökumət evinin qarşısından Qız qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Yarış həvəskarları ilk gündə Bakıya gələn pilotların sərbəst yürüşlərinə şahidlik edəcəklər. Birinci test yürüşü 13:00-da start götürəcək və 1.5 saat davam edəcək. Pilotlar ikinci dəfə saat 17:00-da start xəttinə yaxınlaşacaqlar. İlk sınaq yürüşündə olduğu kimi bu dəfə də müddət 1.5 saat nəzərdə tutulub. Bundan əlavə, avtomobilsevərlər GP2-nin sərbəst yürüşlərini də izləyə biləcəklər. Birinci sınaq yürüşü saat 11:00-da başlayacaq və 45 dəqiqə davam edəcək. GP2-nin sıralama yürüşü isə 15:00-da başlayacaq. Yarışı canlı izləyəcək tamaşaçılar saat 20:00-dan etibarən məşhur müğənni Kris Brounun ifalarını canlı dinləyə biləcəklər. Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi iyunun 19-dək davam edəcək. İyunun 18-də pilotlar sıraları müəyyən edəcək yürüşə çıxacaqlar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam