Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyevin “NAZLifan” çağırışına Saleh Məmmədov məhəl qoymadı

Onun yenicə vəzifəyə təyin etdiyi Saleh Məmmədov özünə sonuncu model «BMW» aldı

Xeberinfo.com:   Ölkə başçısı İlham Əliyevin məmurları Naxçıvan Avtomobil Zavodunun istehsalı “NAZLifan” avtomobilləri almağa çağırdığı yəqin ki, hər kəsin yadındadır. Ölkə başçısının bu çağırışını qənaət və yerli istehsala üstünlük verməklə əlaqələndirmişdi. Bundan sonra bir çox məmurlar “NAZLifan” almağa başladı.

saleh-mammadov-azeryol

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov

İş o yerə çatdı ki, zavod sifarişləri çatdıra bilmədi. Avtomobillərin qiyməti isə bahalaşdı. Lakin bəzi məmurlar yenə də bahalı maşınlara üstünlük verirlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “NAZLifan” almaqdansa, qiyməti 200-300 min manat civarında olan “BMW”nin 7-ci seriyadan olan sonuncu modelini alıb. Saleh Məmmədov bu maşından xidməti avtomobil kimi istifadə edir. Məlumata görə, ASC sədri əvvəlki xidməti maşınını müavininə verib. Həmin maşın da ucuz deyil. O da “BMW” markalıdır və qiyməti 100 min manata yaxındır. Görünür, Saleh Məmmədov “NAZLifan”da gəzməyi özünə rəva bilmir. Ona görə də ölkə başçısının çağırışını diqqətə almayıb.

24saat.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam