Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Siyəzənin icra başçısının adı şübhəli maliyyə maxinasiyalarında hallanır

 

Ölkəmizin müvafiq qanunvericiliyi məmurların azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir.

"Xeberinfo.com":  Qanunla məmurların biznes fəaliyyəti qadağan edilsə də, araşdırmalar nəticəsində məlum olur ki, bəzi vəzifəli şəxslər qanunları ayaq altına ataraq biznes şəbəkəsini getdikcə genişləndirməkdədir.

Vəzifədə təmsil olunan bəzi məmurların, komitə sədrlərinin, nazirlərin, deputatların, icra başçılarının bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları tez-tez müzakirə mövzusuna çevrilir. Qanunvericiliyin sözügedən fəaliyyəti onlara qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar. Hazırda vəzifədə təmsil olunan məmurların arasında bəziləri şirkətlər qrupuna sahib olanlar üstünlük təşkil edir. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarından birində Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Arif Qasımovun biznes fəaliyyəti ilə məşğul olması, rayonda özünə geniş imkanlar yaratması, eləcə də paytaxtın bəzi ərazilərində obyektlər tikdirməsi haqda məlumat vermişdik. Qısaca vurğulayaq ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan Arif Qasımov əvvəllər Nizami Bələdiyyəsinin sədri vəzifəsində işləyib. Prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yazıda həmçinin bildirmişdik ki, başçının Siyəzəndə bir neçə ferması, üzlük daş sexləri və dükanları var. "Rayonun Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayrılmışdı. Yolun təmirinə cəmi 356 min manat vəsait sərf olunub. Yerdə qalan pulun isə hansı ünvana getdiyi məlumdur. Başçı Siyəzəndə YAP-ın binasının tikinti-təmir işlərini özünə yaxın olan "Exiles-STS" şirkətinə həvalə edib və nəticədə şəxsi büdcəsini xeyli genişləndirib", deyə məqalədə bildirilirdi. Nə yalan deyək, biz gözləyirdik ki, bu tənqidlərdən sonra Arif Qasımov fəaliyyətində dönüş yaradıb işini şəffaf şəkildə təşkil edəcək. Amma dünən əldə etdiyimiz məlumatlar bunun tam əksini göstərir. Məlumatlı mənbənin redaksiyamıza ötürdüyü informasiyaya əsasən, Siyəzənin abadlaşması məqsədilə dövlət büdcəsindən ayrılan pulların bir hissəsini şəxsi işlərinin görülməsinə yönəldən başçı paytaxtda iri tikinti layihələri həyata keçirir: "Arif Qasımov bu cür layihələrini əsasən Nizami rayonunun ərazisində gerçəkləşdirir. Düzdür, onun rayonun hazırkı icra başçısı Tahir Budaqovla münasibətləri qaydasında deyil. Buna baxmayaraq, Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb". Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən "Pürrəngi" çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, Əfqan Zəfər oğlu Şirzadov münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımovu odlu silahdan açılan atəşlə yaralayıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb. Növbəti saylarımızda Arif Qasımovun oğlu Nadir Qasımovun yaşadığı bahalı həyat və imkanlı dostları haqda şok faktları açıqlayacağıq. 

Dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam