Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ağcabədidə şok tender oyunları!

        

 

 

       Bu oyunda Maliyyə İdarəsinin əməkdaşları hansı rolu oynayır?

 

        Ağcabədi rayonunda kütləvi korrupsiya faktları “xeberinfo.com”da

 

       “xeberinfo.com”: Ağcabədi rayonunda büdcə vəsaitlərinin talan olunması ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələrinin adı ilə keçirilən tenderlərin nəticələri bu rayon üzrə Maliyyə İdarəsində müəyyən olunub və bu əməliyyat əsasən idarə əməkdaşlarının yaxınlarının adına rəsmiləşdirilib.

        İlk öncə həmin tenderlərin hansı məqsəd daşıdığına və tenderlərin qaliblərinin kimlər olmasına aydınlıq gətirək. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 13200 manat, Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 9400 manat, Şahsevən-Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 4200 manat, İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 8400 manat və Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 13200 manatlıq ərzaq alınması ilə bağlı tenderin qalibi Əliyev Orxan Çingiz oğlu adlı şəxs olub.

    Ağcabədi rayon icra hakimiyyəti başçısının Hüsülü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 15800 manat, Hacıbədəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 29200 manat, Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 13200 manat, Hacılar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 9400 manat və Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 9400 manatlıq ərzaq məhsullarının satın alınması tenderi fiziki şəxs Hüseynova Sevda Əlibaba qızının adına rəsmiləşdirilib. Bu məlumatı “xeberinfo.com”ya verən mənbə bu tenderlərin qalibinin kimliyinə də aydınlıq gətirib. İnformasiyalı şəxsin verdiyi bilgiyə görə Pərioğullar, Salmanbəyli, Şahsevən-Təzəkənd, İmamqulubəyli və Yeni Qaradolaq kənd ərazi icra nümayəndəliklərinə ərzaq alınması adı altında keçirilən və ümumi həcmi 38 400 manat olan tenderlərin qalibi Əliyev Orxan Ağcabədi rayon üzrə Maliyyə İdarəsində əməliyyatçı işləyən Çingiz Əliyevin oğludur. Əgər İcra Hakimiyyəti Başçısının İnzaibatı Ərazi Dairələri üzrə icra nümayəndəliyinə ərzaq məhsullarının alınması üzrə bu fakt ilk və sonuncu olsaydı, bunun bir təsadüf olduğunu söyləmək olardı. Ancaq bu təkrarlanması bu faktın təsadüfi olmadığını düşünməyə imkan verir. Belə ki, Ağcabədi rayon icra hakimiyyəti başçısının Hüsülü, Hacıbədəli, Qaradolaq, Hacılar və Minəxorlu kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinə ümumi dəyəri 67 000 manat olan tenderlərin qalibi Hüseynova Sevda Əlibaba qızı isə Ağcabədi rayonu üzrə Maliyyə İdarəsində mühasib müavini işləyən Etibar Hüseynovun xalasıdır. Bir faktın artıq təkrarlanması onun təsadüfi olmadığını təsdiqləyir və bu tenderlərin şəffaflığını şübhə altına alır.

       Bu şübhələri başqa bir fakt isə daha da artırır. Belə ki, Ağcabədi rayon Təhsil Şöbəsinə inventarların satın alınması ilə bağlı 11000 manatlıq və avadanlıqların satın alınması ilə bağlı 7500 manatlıq tenderlərin qalibi “Abadlıq-MK”  Məhdud Məsuliyyətli Cəmiyyət olub. Çox maraqlıdır ki, “Abadlıq-MK” MMC-i Ağcabədi rayon Təhsil şöbəsində təsərrüfat hissə müdiri işləyən Əli Kazımova bağlıdır. Belə görünür ki, Ağcabədi rayonunun idarə və müəssisələri tərəfindən həyata keçirilən tenderlər görüntü xarakteri daşıyıb və burada hansısa şəffaflıqdan söhbət gedə bilməz.

      Daha bir şübhə doğuran məqam isə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun bütün bu oyunlardan xəbərsiz olmasıdır. İnandırıcı deyil ki, İcra Hakimiyyətinin yerli strukturlarında oyunlar olsun, icra başçısı da bundan xəbərsiz. 

     Külli miqdarda dövlət vəsaitinin sərf edildiyi bu tenderlər vasitəsilə alındığı iddia edilən ərzaq məhsullarının necə istifadə olunması ilə bağlı suala Aağcabədi rayon sakinləri və aidiyyatı dövlət orqanları cavab tapmalıdırlar.

Hələlik isə “xeberinfo.com”ya daxil olan daha bir faktı qeyd edək ki, Ağcabədi rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ümumi dəyəri 85 500 manat olan ərzaq məhsullarının satın alınması üzrə tenderin qalibi “Ağcabədi şəhər Ticarət Birliyi” müəssisəsi olub. İlk öncə qeyd edək ki,  Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin rəhbəri Aqil Əliyev Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin oğludur. Qeyd edək ki, Əli Əliyevin rəhbərlik etdiyi Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin “Təmir Tikinti-Q” və “Mexaniki Təmir Servis Quraşdırma Mıəssisəsi” Məhdud Məsulliyətli Cəmiyyətləri ilə həyata keçirdiyi tenderlərlə bağlı da şübhələr var və bu da araşdırdığımız mövzulardan biridir. İndi də onun oğlu Aqil Əliyevin rəhbərlik etdiyi təşkilatın adı tender maxinasiyalarında hallanır. Məlumata görə, Aqil Əliyyevlə “Ağcabədi şəhər Ticarət Birliyi” müəssisəsinin rəhbəri Asif İsmayılov arasında yaxın münasibətlər mövcuddur. Belə ki, Aqil Əliyev Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə rəhbər təyin olunmazdan əvvəl rayonda ticarətlə məşğul olub. Onun indi dərayon ərazisində bir sıra ticarət obyektlərinin və ofis binalarının olduğu haqqında məlumat var. Məmurların biznes failiyyəti ilə məşğul olması qanunla qadağan edilsə də bu qanunun faktiki olaraq işləmədiyi də məlumdur. Ona görə də bu məqamın üzərində əlavə dayanmağa ehtiyac görmürük və sadəcə Aqil Əliyevin icarəyə verdiyi obyektlərə aldığı icarə haqqından qanuna müfaviq vergi ödəyib-ödəmədiyini araşdırmağa çalışacağıq.

     Ağcabədi rayonunda baş verən tender oyunları ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə isə Kürdlər, Təzəkənd, Ağabəyli, Qaraxanlı və Aran kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinə ərzaq məhsullarının satın alınması adı altında keçirilən tenderlərin qalibi Məmmədov Davud Səxavət oğlunun kimliyinə, eləcə də rayonun Şənlik, Şərəfxanlı və Kəbirli kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin sifarişi əsasında keçirilmiş tenderlərin qalibi olan “Rayon İctimai İaişə Müəssisəsi”nin kimin himayəsində olmasına aydınlıq gətirəcəyini vəd etdi. Mənbə bildirir ki, Davud Məmmədov çox gənc bir adamdır və belə əməliyyatları həyata keçirmək imkanına sahib deyil. Sadəcə olaraq onun adından istifadə edilməsi ehtimalı böyükdür. Hələlik isə qeyd edək ki, Davud Səxavət oğlu Məmmədovun qalib olduğu tenderlərə görə Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 10 455 manatlıq, Ağabəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 3500 manatlıq, Qaraxanlı kənd nzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 6500 manatlıq və Aran kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 20 400 manatlıq ərzaq alınıb. Bu məbləğdə ərzağın alınıb-alınmamsı və yaxud da harada istifadə olunması kimi suallara da Ağcabədi rayon sakinləri və aidiyyatı dövlət orqanlarıcavab tapmalıdır.

      Eynilə Şənlik kənd sakinləri onların icra nümayəndəliyinin adından ovçu Atif  ləqəbli Atif Məmmədovun rəhbərlik etdiyi “Rayon İctimai İaşə Müəssisəsi” adlı qurumdan alındığı iddia olunan 5600 manatlıq ərzağın necə və harada istifadə olunması ilə bağlı suallara cavab tapmalıdırlar. Qeyd edək ki, Atif Məmmədovun rəhbərlik etdiyi “Rayon İctimai İaşə Müəssisəsi” adlı qurum Şərəfxanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə keçirilən və dəyəri 6800 manat və Kəbirli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə ərzaq məhsullarının satın alınması üçün 8400 manatlıq tenderin də qalibi olub.

     Ağcabədi rayon icra hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə keçirilən və dəyəri 22 500 manat olan tenderin qalibi isə Qasımov Xanlar Qəzənfər oğlu     adlı şəxs olub. Bu məlumatları bizimlə bölüşənmənbə Xanlar Qasımovun da kimliyinə aydınlıq gətirəcəyini vəd etdi.

Ağcabədi rayonundakı bu müdhiş maliyyə əməliyyatları ilə bağlı “xeberinfo.com”nu bilgiləndirən şəxs bir qrup həmyerlisinin bu tenderin taleyinə və ümumiyyətlə rayonda baş verən maliyyə əməliyyatlarının görünməyən tərəflərinə aydınlıq gətirmək niyyətində olduğunu da iddia edir.

     Göründüyü kimi çox ciddi məsələlərdən söhbət gedir və “xeberinfo.com” olaraq bu məsələləri araşdırmağa və gündəmdə saxlamağa çalışacağıq. Bütün bu proseslərdən Maliyyə naziri Samir Şərifovun və Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun xəbəri olub-olmadğını, bu tender oynunda Ağcabədi rayonu üzrə Maliyyə İdarəsinin rəisi Xosrov Nəsirovun hansı rolu oynaması da araşdırmalarımızın mövzusudur. Sözsüz ki, qarşıdakı günlərdə məlum digər dövlət strukturlarının da bu faktlara münasibətini rəsmi sorğumuzla öyrənməyə çalışacağıq.

 

 

 

 

       Novruz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam