Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Horadiz daha bir şəhərlə dostlaşdı - FOTOLAR

 

Fransanın Altkirch şəhəri ilə

 

Xeberinfo.com:  Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer Horadiz şəhərinə səfərə gəlib.Səfərdə məqsəd Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhəri ilə Azərbaycanın Füzuli rayonunun Horadiz şəhəri arasında növbəti dostluq və əməkdaşlıq xartiyası imzalaqdır.

Füzuli rayonunun girişində Jean-Luc Reitzerin  şərəfinə xüsusi rəsmi qarşılanma mərasimi təşkil edilib. Fransalı qonaqları rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun digər rəsmi şəxsləri qarşılayıblar. Milli musiqi sədaları altında milli geyimli qızlar Jean-Luc Reitzerə gül-çiçək dəstələri təqdim ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Jean-Luc Reitzer sonra Horadiz şəhərində Heydər Əliyev Parkına gələrək Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Frannsalı deputat Heydər Əliyev Mərkəzində, Füzuli Dram Teatrının binasında, Şahmat Məktəbində, Qəhrəmanlar Parkında və Bayraq Meydanında olub, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbə və uşaq bağçasına, o cümlədən Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, Fondun təşəbbüsü ilə Füzuli Tibb Mərkəzində kənd şəraitində açıq ürək əməliyyatının keçirilməsi ilə maraqlanıb. Alı Alıyev Jean-Luc Reitzerə Horadiz şəhərində hazırda mövcud olan infrastruktur obyektlərinin Ulu öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev tərəfindən Horadiz işğaldan azad olunduqdan sonra yaradıldığını bildirib.

Sonra Alı Alıyev və Jean-Luc Reitzer Horadiz şəhərində Altkrich küçəsinin açılış mərasimində iştirak ediblər. Horadiz şəhərində işğal dövrü yandırılmış, dağıdılmış, yenidən bərpa olunmuş mərkəzi küçələrindən birinə Altkirch adının verilməsi münasibətilə lövhənin açılışı olub. Fransalı deputat Horadiz şəhərində Altkirch küçəsinin açılmasından qurur duyduğunu, Altkirch şəhərində də analoji addımın atılacağını Füzuli küçəsinin açılacağını qeyd edib.

Rayon İcra Hakimiyyətində Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer ilə rayon ictimaiyyətinin görüşü təşkil olunub.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev görüşü açıb, Jean-Luc Reitzerə bir daha rayon ictimaiyyəti adından xoş gəlmisən deyib. Alı Alıyev Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-Fransa münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafında göstərdiyi səylər, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada tolerantlığa, o cümlədən Fransada mədəni irsin qorunmasına və bərpasına verdiyi töhfələr barədə danışıb.

Alı Alıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu o, cümlədən Füzuli rayonu da daxil olmaqla 7 rayon Ermənistan tərəfindən işğal olunub.1994-cü ildə Horadiz şəhəri də daxil olmaqla rayonun 22 yaşayış məntəqəsinin işğaldan azad olunduğunu diqqətə çatdıran Alı Alıyev işğaldan azad olunduqdan sonra Horadiz və digər kəndlərdə infrastruktur obyektlərtinin bərpa olunduğunu, məcburi köçkünlərin öz torpaqlarına qayıtdıqlarını qeyd edib.

Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən qeyri-qanuni işğalından bəhs edən Alı Alıyev qeyd edib ki, analoji tarixləri yaşamış Horadiz və Altkirch şəhərləri arasında imzalanan dostluq və əməkdaşlıq xartiyası Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurlu fəaliyyətinin və Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın nəticəsidir.

Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer səmimi qarşılanmaya və yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Fransalı deputat meri olduğu Altkirch şəhərinin Horadiz şəhəri ilə eyni taleyi yaşadığını, müxtəlif vaxtlarda almanlar tərəfindən işğal olunduğunu vurğulayıb. Biz Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun, o cümlədən Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, işğalın nə demək olduğunu çox yaxşı anlayırıq, çünki Alzas regionu da vaxtilə işğala məruz qalıb.

Jean-Luc Reitzer vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş 20 faiz ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi aydın şəkildə qeyd olunub.

Jean-Luc Reitzer rəhbərlik etdiyi Altkirch şəhərinin Horadiz şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalanmasından qürur duyduğunu deyib, bu mühüm sənədin imzalanmasının Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın təzahürü olduğunu və bundan sonra bu şəhərlərin dostluq və qardaşlıq ruhunda sıx əməkdaşlıq edərək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklərini qeyd edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Altkirch şəhərinin meri Jean-Luc Reitzer iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.

İmzalanma mərasimindən sonra Alı Alıyev və Jean-Luc Reitzer bildiriblər ki, bu vacib sənəd imzalanan günündən etibarən Altkirch və Horadiz dost və qardaş şəhərlər elan olunurlar və bütün sahələrdə sıx əməkdaşlıq edərək, dostluq və qardaşlıq əlaqələrini getdikcə daha da gücləndirəcəklər.

Sonra Horadiz şəhərində Muğam Mərkəzində Jean-Luc Reitzerin şərəfinə konsert proqramı təşkil olunub.

 

Səfərin sonunda Jean-Luc Reitzerin şərəfinə ziyafət təşkil olunub.































Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam