Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Horadiz əməliyyatının 21-ci ildönümü anıldı

 

"Xeberinfo.com":  Azərbaycan Ordusunun Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 21 il ötür. Bu münasibətlə Horadiz şəhərindəki Bayraq Meydanında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Horadiz əməliyyatının əhəmiyyətindən danışmışdır. 

Bildirmişdir ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilmişdir. Alı Alıyev qeyd etmişdir ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilərin Beyləqana hücumunun qarşısı alınmış və Milli ordumuz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad etmişdir. 

- “Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunmuşdur. Bu döyüşlərdə ermənilər böyük itkilər vermişdir”.

Alı Alıyev bildirmişdir ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıtmışlar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 minə yaxın insan yaşayır.

“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınmış, Horadizə şəhər statusunun verilmiş, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş etmişdir. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 Sərəncam imzalamışdır.”

Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulamışlar. Bildirilmişdir ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərmişdir. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam