Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli rayonunda "Ulu öndərin" anım mərasimi keçirilib

 

 

Ulu öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir.

"Xeberinfo.com":  Bu gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonunun idarə, müəssisə və təşkilatlarınının işçiləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri  Horadiz

 

şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildirmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin

Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə etmişdir.

Alı Alıyev demişdir:

Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. On bir il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcəkdir.

Bildirmişdir ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam