Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısına şok ittihamlar - Ziyalılar nazirdən yoxlama tələb edir

İcra başçısına şok ittihamlar... -

 

Bərdə rayonunun bir qrup ziyalısı (adları yazı- müraciətin sonunda qeyd olunub-redaksiya) rayon büdcəsinin talanmasını iddia edərək, Maliyyə naziri Samir Şərifova müraciət ediblər.

Xeberinfo.com:  Mia.az-a göndərilən müraciətin sonunda rayondakı iri maliyyə əməliyyatları və digər sensasion iddialar yer alıb.

Həmin müraciəti oxuculara təqdim etməklə yanaşı, qarşı tərəfə də cavab hüququndan istifadəyə şərait yaratmağa hazır olduğumuzu bildiririk:

"Cənab nazir!

Bildiririk ki, Bərdə əhalisi ümummilli liderimizin və onun layiqli davamçısı kimi möhtərəm cənab Prezidentimizin yürütdüyü daxili va xarici siyasəti daima dəstəkləmis və dəstəkləməkdədir.

Dəfələrlə Sizə və ölkənin digər yuxarı orqanlarındakı vəzifələri icra edən cənablara V.İsayevin qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri barədə müraciətlər etməyimizə baxmayaraq, bizim müraciətlərimiz cavabsız qalmışdır.

Anlaya bilmirik həmin vəzifəni icra edən adamlar(əgər onlara adam demək mümkünsə) kimdən ötəri oturublar orada? Millətin vəsaitini talan etmək üçünmü? Xalqı talamaq üçünmü? Özlərinə və əshabələrinə bu yazıq millətin hesabına varidat toplamaq üçünmü? Onlara bu səlahiyyəti kim verib? Axı kimdir onlar?

Dediklərimizin təsdiqi olaraq onu demək kifayətdir ki, icra başçısı Vidadi İsayev saxtakarlığın ən yüksək zirvəsinə qalxmış, heç nədən çəkinmədən dövləti və ictimaiyyəti aldatmaqla xüsusilə küllü miqdarda dövlət vəsaitini talamışdır.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, V.İsayevin Bərdə rayon İH-nə başçı təyin edildiyi andan, yəni 03 mart 2011-ci il tarixdən bugünədək təkcə Bərdə rayon İcra Hakimiyyətinə (Təhsil, Səhiyyə, Mədəniyyət və digər büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) abadlıq ,quruculuq və yol tikintisi üçün Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən 30,0 (otuz) milyona yaxın pul vəsaiti ayrılmışdır. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır- Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyildir. Rayonda görülmüş digər abadlıq, quruculuq işlərinin demək olar ki, 90,0%-i yerli sahibkarlar və idarə-müəssisə rəhbərləri tərəfindən edilmişdir.

O, etdiyi saxtakarlıqların bir hissəsini özünün şəhər üzrə nümayəndəsi vasitəsi ilə etmişdir. Belə ki, 2014-cü ildə şəhərin heç bir küçə və prospektinə asfalt döşənmədiyi halda, şəhər İcra nümayəndəliyi tərəfindən İcra Hakimiyyətinə təqdim edilmiş saxta arayışda səhərdə güya asfalt döşəndiyi və digər abadlıq işləri görüldüyü bildirilmiş və həmin ilin mart-aprel aylarında 750,0 min manat pul vəsaitinin sərf olunduğu göstərilmişdir.

Hansı ki, İcra Hakimiyyətinə təqdim edilmiş həmin arayışlar əsasında 2014-cü ilin mart və aprel aylarında rayonda görülmüş abadlıq və quruculuq işləri barədə Prezident Aparatına saxta məlumat verilmiş və bununla da Dövlət aldadılmışdır.

Acınacaqlı hal ondan ibarətdir ki, Sizin yerdəki nümayəndəniz Maliyyə İdarəsinin rəisi onun qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, bilərəkdən onunla əlbir olub ayrılmış büdcə vəsaitlərinin talanmasına şərait yaratmışdır. Hansı ki, Maliyyə İdarəsinin rəisi, rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin ertməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o bu işlərin heç birini etməmiş,(etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır.

Satın Almalar üzrə Dövlət Agentliyinin məlumatına əsasən güya 2014-cü ildə Bərdə şəhərinin küçələrinə "İnstal-Servis” MMC tərəfindən 593,8 min manatlıq asfalt döşəndiyi bildirilmiş və həmin vəsait "İnstal-Servis” MMC-nin hesabına köçürülmüşdür. Həqiqətdə isə işlər görülmədən ödəniş aparılmışdır.

Eyni zamanda V.İsayev öz şəxsi ambisiyalarını bilərəkdən dövlət maraqlarından üstün tutmuş, yerli sahibkarları, iş adamlarını dövlətdən narazı salmağa çalışmışdır. Belə ki, o, yerli karyerlərdən götürülmüş olan qum-çınqılın pulunu ödəməmiş, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurmuş, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini onların şəxsi vəsaitləri hesabına etdirmişdir. Bu görülmüş işlər üçün isə qeyri-qanuni forma 2-lər tərtib olunaraq pul vəsaiti silinmişdir. Maliyyə İdarəsinin rəisi isə bu işlərdə V.İsayevə yardımçı olmuşdur.

Sizin ünvanınıza göndərdiyimiz müraciətimizə nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov cavab verərək bildirir ki, gələcəkdə növbəti nəzarət tədbirləri həyata keçiriləndə göstərdiyimiz nöqsanlar araşdırılacaqdır. Onun cavabından belə görünür ki, onlar növbəti nəzarət tədbirləri həyata keçirənə qədər büdcə vəsaitlərinin talan olunması davam edəcəkdir.

Cənab nazir!

Sizdən soruşuruq, büdcədən ayrılan vəsaitlərin qanunsuz əməllər nəticəsində dağıdılmasının qarşısının alınmasını və büdcəyə geri qaytarılmasını təmin etmək Maliyyə Nazirliyinin işi deyil? Bəyəm, nöqsanla, qanunsuzluğu Maliyyə Nazirliyində ayıra bilmirlər? Biz müraciətimizdə V.İsayevin qanunsuz əməllərini yazmışıq, nöqsanlarını yox.

Bəlkə biz bilmirik, Siz deyin görək Büdcəyə nəzarəti hansı orqan həyata keçirir?

Bildiririk ki, nazirliyinizin əməkdaşları tərəfindən "Vətəndaşların Müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin 7.5 və 7.7-ci bəndlərinin tələbləri pozulmuşdur.

Bundan əlavə göndərdiyimiz müraciətlərin mətnində RİH-nin başçısı V.İsayevin əməllərində korrupsiya elementləri də olduğunu qeyd etdiyimiz üçün, müraciətimizə əsaslandığımız Qanunun 9-cu maddəsinin müvafiq bəndlərinə görə (9.2, 9.3.1) baxılmalıdır.

Məlumat üçün bildiririk ki, biz bir qrup Bərdə ziyalısı, rayonda baş alıb gedən qanunsuzluqlar və korrupsiya halları, eyni zamanda büdcə vəsaitlərinin talanması barədə ətraflı məlumatlara malikik. Həmin faktların araşdırılması və talanmış vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin edənə, günahkarların isə məsuliyyətə cəlb olunmasınadək mübarizəmizi davam etdirəcəyik.

Sizdən Maliyyə naziri vəzifəsini icra edən bir səxs kimi tələb edirik Bərdə rayonunda büdcə vəsaiti hesabına görülmüş işləri bizim iştirakımızla yoxlatdırın.

V.İsayevin etdiyi qanunsuzluqlar, eyni zamanda büdcədən ayrılmış vəsaitlərin Təhsil və Mədəniyyət şöbələrində necə talan edilməsi barədə əlimizdə kifayət qədər materiallar vardır ki, həmin materiallar yoxlamanın gedişində Sizin nümayəndələrə təqdim ediləcəkdir.

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

İ M Z A L A R :

1. Abbasov Abbas Şəxs.vəs. AZE 03597585

2. Həsənov Rüstəm AZE 04980627

3. Baxşalıyev Şahlar AZE 06886009

4. Əliyev Yusif AZE 04473783

5. Cavanşirov Elşən AZE 14283446

6. Məmişov Fazil AZE 08562283

7. Sadıqov Əli AZE 04848136

Ünvanlarımız:

1. Bərdə rayonu Şorəlli kəndi : tel. 050-407-96-46

2. Bərdə şəhəri Ə.Ədilov küç.7: tel. 050-320-38-03

3. Bərdə rayonu Gərənə kəndi: tel. 050-351-56-76

4. Bərdə şəhəri Z.Tağıyev küç: tel. 050-562-28-18

22 aprel 2016-cı il".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam