Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İcra başçısından kütləvi şikayət

 

   Adil Məmmədov rayonun büdcəsinin 10 faizini tələb edir

   Qobustanda büdcə təşkilatında çalışanlar icra başçısı Adil Məmmədovdan və rayon Maliyyə İdarəsinin rəisi Nuru İsmayılovdan Bakıya şikayət yollayıblar

   "Xeberinfo.com": PİA.AZ-a bu barədə daxil olan məlumatda bildirilir ki, Qobustanın icra başçısı Adil Məmmədovun tapşırığı əsasında Maliyyə İdarəsinin rəisi Nuru İsmayılov büdcə təşkilatlarında çalışanların maaşlarının 10 faizini tələb edir. Tələb rayonun büdcə təşkilatlarıın rəhbərlərini çətin vəziyyətdə buraxıb. Çünki maaşlar kartlar vasitəsi ilə verildiyindən idarə büdcə idarələrinin müdirlərin tələb olunan vəsaiti toplamaları müşkülə çevrilib. Digər tərəfdən büdcə təşkilatında çalışanlardan maaşlarının 13 faizinin tələb edilməsi gərginliyə və idarə müdirləri işçilər arasında mübahisələrin yaranmasına səbəb olur. Buna baxmayaraq Maliyyə İdavrəsinin müdiri maaşları büdcə təşkilatlarının hesabına köçürməmişdən əvvəl idarə müdirlərindən nəqd şəkildə maaşların ümumi məbləğinin 13 faizini tələb edir. Bu isə idarə və təşkilat rəhbərlərini çıxılmaz vəziyyətə salır. Çünki Nuru İsmayılov tələb etdiyi məblği almadıqda maaşların verilməsini yubadır.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, büdcə təşkilatlarına ayrılan cari təmir vəsaitlərinin də 12 faizi Nuru İsmayılov tərəfindən nəqd şəkildə alınır. Əks təqdirdə, get-gəl, süründürməçilik kimi birokratik əngəl ilə üz-üzə qalırlar.

Bildirilir ki, Maliyyə İdarəsinin müdiri heç kimdən çəkinmədən bildirir ki, bütün bunları icra başçısı Adil Məmmədovun birbaşa tapşırığı əsasında həyata keçirir və tabe olmayanlar icra başçısına cavab verməli olacaqlar. Maliyyə İdarəsinin rəisinin bu qanunsuz tələbləribdən cana doyan büdcə təşkilatlarının çalışanlarının özbaşınalıqla bağlı Bakıya şikayət yolladıqları bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam