Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İbrahim Nehrəmli pul axtarışında

haci-ibrahim2“Avesta Konserni”nin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ətrafında yaranan söz-söhbət səngimək bilmir. Hazırda layihənin tamamilə dayandırıldığı və ərazinin satışa çıxarıldığı bildirilir.

Xeberinfo.com:  İbrahim Nehrəmli Modern.az saytına bu məlumatların yalan olduğunu deyərək gülüb:“Bunların hamısı tamamilə yalandır. Dənizdə şəhər layihəsi mənimdir və tikmək üçün nəzərdə tutulub. Kimsə onu məndən alıb başqasına sata bilməz. Tamamilə absurddur”.

İş adamı bildirib ki, layihənin gerçəkləşdirilməsi üçün investorlarla danışıqlar gedir: “Hazırda danışıqlar gedir. Bu, çox böyük layihədir. Buna ya Azərbaycan hökuməti kömək etməlidir, ya da investorlar. Ümid edirəm ki, çabalarımız boşa çıxmayacaq. Allahın köməyi ilə bu layihəni gerçəkləşdirəcəyik”.

Devalvasiya məsələsinə gəldikdə, İ.Nehrəmli ölkənin hər bir vətəndaşı kimi problemlərlə qarşılaşdığını deyib:

“Biz də bu ölkədə yaşayırıq. Ölkənin hər yerində ixtisarlar gedir, banklar kredit vermir. Kommersiya banklarının kredit verməməsi isə istər fərdi şəxslərə, istərsə də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara maneədir. Təəssüf ki, hamı kimi bizə də çətindir”.

“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam