Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Khazar İslands” layihəsi yüksək qiymətləndirildi

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutan AzMeCo (Azərbaycan Methanol Companiy) şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev “Avesta Concern”in “Khazar İslands” layihəsinin həyata keçirildiyi ərazidə olublar. 
"Xeberinfo.com": Konsernin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda deyilir ki, “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonaqlara “Khazar İslands” layihəsi haqqında geniş məlumat verib, bu günə kimi görülmüş işlərlə tanış edib. Səfir Doroxin azərbaycanli bir iş adamının belə nəhəng layihəni həayata keçirməsindən məmnun olduğunu, “Khazar İslands” layihəsinin onu heyran etdiyini bildirib. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi “Khazar İslands” layihəsini Azərbaycan dövlətinin iqtisadi inkişafının məntiqi nəticəsi kimi dəyərləndirib və respublikamızda iş adamlarına yaradılmış əlverişli imkanın uğur qazanmağa imkan verdiyini bildirib. “Avesta Concern”in prezidenti səfirə bildirib ki, Azərbaycanın qazandığı uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik dövlət siyasəti dayanır. Prezident İlham Əliyevin sahibkarlığa və iş adamlarına daima dəstək olduğunu qeyd edən Hacı İbrahim Nehrəmli bunun nəticəsində də ölkə iqtisadiyyatında özəl sektorun payının artan xətlə yüksəldiyini vurğulayıb. Fikirlərinin sübutu kimi başçılıq etdiyi şirkətin bundan əvvəl və hal-hazırda paytaxt Bakının müxtəlif ərazilərində həyata keçirdiyi digər layihələri nümunə kimi göstərən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsini də həmin işlər zamanı qazanılan uğurların davamı olduğunu bildirib. 
Səfir Doroxin “Khazar İslands” layihəsi haqqında məlumatlı olsa da gördüklərinin onu heyran etdiyini bildirib. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli dünyanın müxtəlif ölkələrindən olan iş adamları ilə uğurla əməkdaşlıq etdiklərini, Rusiyalı iş adamları ilə əməkdaşlığa hazır olduğunu səfirin diqqətinə çatdırıb. Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dostluq münasibətlərinin iş adamları arasında əməkdaşlıq üçün əlverişli şərait yaratdığı da qeyd olunub. Cənab səfir bunun üçün əlindən gələn köməyi etməyə hazır olduğunu bildirib və “Khazar İslands” da həyata keçirilən işləri diqqətdə saxlayacağını, görülən işlərin nəticələri ilə tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə yenə səfər edəcəyini bildirib. 
Qeyd edək ki, Rusiya səfirinin “Avesta Concern”in “Khazar İslands” layihəsi ilə tanış olan ilk səfir deyil. Ondan əvvəl İsrail, Yaponiya, Malaziya və Səudiyyə Əbəbistanı Krallığının səfirləri də “Avesta Concern”in “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün ərazidə olublar. Səfir Doroxinin səfəri isə Azərbaycandakı diplomatik korpusun “Khazar İslands” layihəsinə böyük maraq göstərdiyini bir daha təsdiq edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam