Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Hacı İbrahim orduya 50 min manat yardım etdi

Hacı İbrahim orduya 50 min manat yardım etdi

 

 

"Avesta" Konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürüb.
Xeberinfo.com:  Bu barədə musavat.com-un əməkdaşına etibarlı mənbədən məlumat daxil olub. Hacı İbrahim İbrahimov müxbirimizlə söhbətində məlumatı təsdiqləyib. 
 
O, qeyd edib ki, bu çətin günlərdə Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur".
İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb. "Hesab edirəm ki, bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O, torpaqlarda biz iş adamarı xalqımızın, dövlətimizin və cənab Prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik" - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam