Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

İş adamına və himayədarlarına sürpriz var

                        

 Hacı İbrahim Nehrəmli bəzi məmurlara problem yaradacq

“Xeberinfo.com”:   Azərbaycan Beynəlxalq Bankın “kredit qalmaqalı” ilə bağlı DİN Baş Cinəyatkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan və bir neçə gündən sonra götürdüyü kreditin geçikdirdiyi faizlərinin bir hissəsini qaytardıqdan sonra azadlığa buraxılan iş adamı Hacı İbrahim Nehrəmlinin şirkətində gərgin vəziyyət yaranıb. Bank kreditlərindən əli üzülən "Avesta Konserni”n prezidenti Hacı İbrahim Nehrəmli artıq 4 aydır ki, işçilərinin əmək haqqını verə bilmir. Bu isə "Avesta Konserni”n işçilərini öz haqqlarını almaq üçün müxtəlif üsullara əl atmağa vadar edir. Belə ki, bu şirkətin mühasibi Səbirə Sadıqova əmək haqqını ala bilmədiyinə görə yotebde video müraciət yayaraq Hacı İbrahim Nehrəmlidən 3 aylıq əmək haqqını tələb edib. Hacı İbrahim Nehrəmli isə mediaya açıqlamasında şikayətçinin tələblərini təmin etdiyini qeyd edib. Lakin Səbirə Sadıqova iş yoldaşlarının da əmək haqqları ödənilməyənə qədər yayımladığı videonu yığışdırmaqdan imtina edib.

Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə, Hacı İbrahim Nehrəmliyə məxsus şirkətlərin, ö cümlədən də "Avesta Konserni”n əməkdaşları ala bilmədikləri bir neçə aylıq əmək haqqına görə müxtəlif tədbirlərə əl atmağa hazırlaşırlar. Bu məqsədlə işçilər arasında yaradılan təşkilat komitəsi müxtəlif tədbirlər keçirmək niyyətindədir. Əgər həftənin sonuna kimi maaşları tam ödənilməsə təşkilat komitəsi Prezident Adminstrasiyasna yürüş etməyi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və ölkədə akreditə olunmuş diplomatik nümayəndəliklərə müraciətl etməyi planlaşdırır. Məlumatda həm də qeyd olunur ki, işçilər tələblərinin həyata keçirilmədiyi təqdirdə Hacı İbrahim Nehrəmli haqqında şok faktlar açıqlayacaqlar. Qeyd olunur ki, bu faktlar açıqlanacağı tərzdə Hacı İbrahim Nehrəmlinin çox ilginc əməllərinin və onunla iş birliyində olan nüfuzlu şəxslərin bir çox qanunsuz əməlləri haqqında ölkə ictimaiyyəti hər şeyi biləcək.

Hələlik isə onu qeyd edə bilərik ki, bu məlumatların açıqlanması bəzi məmurlara çox ciddi problem yaradacaq. Çünki, açıqlanacaq məlumatlar arasında Hacı İbrahimin kimlərə və hansı səbəbdən rüşvət verməsi də yer ala bilər ki, bu da bəzi məmurlara ciddi problem yaradacq. Həmin məmurların arasında nazir, nazirliklərin baş idarələrinin və bəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin adları yer ala bilər.

Bununla bağlı redaksiyamıza daxil olmuş bəzi məlumatları və Hacı İbrahim Nehrəmlinin qanunsuz əməllərinə hansı məmurların himayədarlıq etdiyi ilə bağlı bilgiləri araşdırıq.

 

 

Kamandar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam