Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İqtisad Universiteti dünya reytinqində 4137-cidir

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan "The Ranking Web" və ya "Webometrics" son siyahısını açıqlayıb.

Xeberinfo.com:   Bu barədə UNEC-dən məlumat verilib.

Məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ötən ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. 

Webometrics göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik olan təsir meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir. UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.

Qeyd edək ki, "Webometrics" reytinq sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlayır. Bu iki ayın ilk 10 günü məlumatlar əldə edilir və ayın 28-dən tez olmayaraq ayın sonunda reytinq müəyyənləşir. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur, qəbul forması da yoxdur, hətta əlaqə saxlamaq üçün e-mail ünvanı bele göstərilməyib. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam