Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bəzi universitetlərdə təhsil haqları artırıldı – SİYAHI

 

Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb. İyulun 29-dan isə ixtisas seçimi başlayır.

Yenixeber.org: İxtisas seçimi ərəfəsində Report dövlət ali məktəbləri arasında sorğu keçirərək təhsil haqlarında artım olub-olmadığını öyrənib.

Məlum olub ki, dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb.

Bakı Dövlət Universitetindən bildirilib ki, yeni tədris ili üçün cüzi artım nəzərdə tutulub: “Bəzi ixtisaslarda təxminən 100-200 manat artım var. O da müəyyən dövri tənzimləmələr üçündür. Yəni, kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım, əsasən, bakalavr pilləsində olacaq. Ümumi qiymətlərə gəlincə, təhsil haqları 1600-4800 manat arasında dəyişir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə 300-500 manat arası artım qeydə alınıb: “Müasir dövr üçün daha çox tələb olan ixtisaslarda təhsil haqqı 1800 manatdır. Digər ixtisaslarda təhsil haqqı 1600 manatdır”.

Azərbaycan Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil haqqı 3000, əczaçılıq və tibbi profilaktikada 2000 manatdır. Yəni, yeni tədris ilində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq. Müalicə işində 635, hərbi həkimlikdə 105, tibbi profilaktikada 80, stomatologiyada 100, əczaçılıqda 75 tələbənin qəbulu nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbində təhsil pulsuzdur. Yeni tədris ili üçün ali məktəbdə 135 tələbə üçün ödənişsiz təhsil veriləcək. Onu da xatırladaq ki, yeni tədris ilindən məktəbin tələbələri yeni istifadəyə verilən kampusda öz təhsillərini davam etdirəcəklər.

Bakı Slavyan Universitetində 2016-2017-ci illər üçün təhsil haqlarının məbləği azaldılıb. Yeni tədris ili üçün isə hələlik məbləğlərdə dəyişiklik yoxdur. Təhsil haqları 1400-2000 manat arasında dəyişir. Bütün fakültələr üzrə 1085 tələbə qəbulu nəzərdə tutulub. Bunun 750 nəfəri Azərbaycan bölməsi üzrə (əyani), 300 nəfəri isə rus bölməsi üzrə (əyani) planlaşdırılır. Azərbaycan bölməsində 15 nəfər, rus bölməsində 20 nəfər tələbənin qiyabi təhsil alması nəzərdə tutulub.

Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000-2500 manat arasındadır: “Bir neçə ildir belədir və bu il də dəyişməyəcək. Bu tədris ili üçün 1400 bakalavr, 310 magistr qəbulu nəzərdə tutulur”.

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində də ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyət nəzərə alınaraq müəyyənləşdirilib: “Universitetdə ödənişli əsaslarla təhsil alanların ödədiyi vəsait 1400-1800 AZN arasında dəyişir. Bu da öz növbəsində müafiq olaraq qiyabi təhsil üzrə 1400-1500 AZN, əyani təhsil üzrə 1700-1800 AZN təşkil edir. AzTU-ya növbəti tədris ili üçün tələbə qəbulunda ötən ilə nisbətən daha çox yer nəzərdə tutulub. Universitetin 9 fakültəsinə əyani və qiyabi təhsil üzrə ümumilikdə 2135 yer ayrılıb”.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/2018-ci tədris ilində təhsil haqlarında heç bir dəyişiklik nəzərdə tutulmayıb: “Təhsil haqqı 1500-2600 manat arasında dəyişir. 2017/18-ci tədris ilində UNEC üçün təhsilin bakalavr pilləsində 3415, magistr pilləsində isə 1489 plan yeri ayrılıb. Zaqatala filialına isə 350 qəbul planı nəzərdə tutulub”.

Sumqayıt Dövlət Universitetində təhsil haqqında heç bir dəyişiklik gözlənilmir: “Əyani və qiyabi təhsil əvvəlki qaydada aparılacaq. Ötən illər qəbul qaydası necə aparılıbsa, bu il də həmin qayda ilə aparılacaq. Qəbulda 1800-ə yaxın plan yeri nəzərdə tutulub. Təhsil haqqı 1900 -1300 manat arası dəyişir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişlə bağlı dəyişiklik nəzərdə tutulmayıb: “Yalnız qiyabi şöbədə 100 manat artım ola bilər. Təhsil haqları ixtisasdan asılı olaraq əyanidə 1600-1800, qiyabidə isə 1300-1500 manat arasındadır. Yeni tədris ili üçün qəbul üçün 2700 bakalavr yeri nəzərdə tutulub”.

Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında da qiymət artımı nəzərdə tutulmayıb. Təhsil haqları müxtəlif ixtisaslara görə 1800-2000 manat arasında dəyişir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil haqlarında dəyişikliklər yoxdur, ötənilki qiymətlər qalır: “Belə ki, texniki ixtisaslarda – inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, meliorasiya və su təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, torpaq, şəhər kadastrı və s. 1800 manat, iqtisadiyyat və memarlıqda isə 2300 manatdır”.

Mədəniyyət və İncəsənət Universitetində də qiymətlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bakalavar pilləsi üzrə 1800, magist pilləsi üzrə isə 2000 manat təhsil haqqı müəyyən olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam