Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib.

Yenixeberorg.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

"Bakı rusiyalılara Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti ilə 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan "Astara" sərhəd keçid məntəqəsindən istifadə etmək imkanı verib", - diplomat qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Nəticədə Ali lider Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. Bundan sonra "Astara" sərhəd keçid məntəqəsindən xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi başlayıb.

Martın 20-dək Rusiyanın azı 323 vətəndaşı da daxil olmaqla 75 ölkənin 2 000-dən çox vətəndaşı İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam