BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
BMT-nin Livanın cənubundakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrul dəstəsi Talusa yaşayış məntəqəsi ərazisində hücuma məruz qalıb, sülhməramlılar arasında yaralılar var.
Yenixeberorg.com-un məlumatına görə, bu barədə Livanın "Al-Mayadeen" telekanalı xəbər verir.
"UNIFIL patrul dəstəsinə hücum Bni-Hayyan - Talusa yolunda baş verib; yaralıların Nakura bazasından təxliyəsi üçün helikopter cəlb edilib", - telekanal qeyd edib.









AZ
RU