Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı İllüziya Muzeyi fəaliyyətə başlayıb

 

Bakı İllüziya Muzeyi - paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir.

Yenixeberorg: Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub.

Muzey 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarətdir. Burada ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli illüziya zonaları yaradılıb. Otaqlar arasında Ames otağı, Sonsuzluq otağı, Güzgü labirinti, Vortex tuneli, 3D illüziya otaqları, Perspektiv otaqları və digər vizual effektlərlə zəngin məkanlar yer alır. Hər otaq insan beynini "aldadan" xüsusi effektlərlə hazırlanıb və ziyarətçilərə həm əyləncə, həm də öyrədici təcrübə təqdim edir.

Muzey hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir və gün ərzində ziyarətçiləri qəbul edir. Burada gələn qonaqlara daha rahat və məlumatlı təcrübə təqdim etmək üçün Azərbaycan, rus və ingilis dillərində danışan peşəkar bələdçilər fəaliyyət göstərir.

Bundan əlavə, muzeyin terras hissəsində yerləşən kafeteriya ziyarətçilərə istirahət etmək, qəhvə içmək və şəhər mənzərəsindən zövq almaq imkanı yaradır.

Bakı İllüziya Muzeyi həm ailələr, həm gənclər, həm də turistlər üçün unikal bir məkan olmaqla, fərqli foto və video çəkiliş imkanları ilə də seçilir. Buraya gələn hər kəs həm əylənir, həm də yadda qalan vizual təcrübə yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam