Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib -FOTO

İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib?

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məşhur meyxanaçı Rüfət Kərimovu (Nasosnu) qəbul edib.

Yenixeber.org: Bu barədə meyxanaçının özü məlumat verib. Onun sözlərinə görə, qəbulun səbəbi bir neçə gün əvvəl İTV kanalında yayımlanan "Milyonların Şousu" verilişindəki uğurlu çıxışı olub:

“Sağ olsun Zakir müəllim, verilişdə göstərdiyim uğurlu çıxışa və şəhərin ictimai, mədəni həyatındakı fəallığıma görə məni qəbul etdi, problemlərimlə maraqlandı. Bildirdi ki, hər hansı çətinliyim olarsa, ona müraciət edə bilərəm. Dedi ki, "50 ildir bu şəhərdə yaşayırsan, amma indiyə qədər gəlib bizdən nəsə xahiş etməmisən". Sağ olsun, məni yaxşı qarşıladı. Öz məsləhətlərini verdi. Bayramqabağı tədbirlərin və işlərin fonunda mənə vaxt ayırması mənim üçün şərəfdir. Bu da incəsənətə, sözə, ağla və savada olan diqqətdən irəli gəlir”, – deyə meyxanaçı qeyd edib.

Rüfət Kərimov əlavə edib ki, cəmiyyətdə meyxanaçılar barədə bəzən yanlış təsəvvürlər formalaşır:

“Bizdə əksər insanlar düşünür ki, meyxanaçılar narkoman, tufeyli həyat tərzi sürən insanlardır. Amma əksinə, onların arasında mənim kimi ali təhsilli insanlar da var. Mən tarix fakültəsini bitirmişəm. İTV-də həmin verilişdə iştirak etməklə göstərmək istədim ki, meyxanaçılar haqqında belə düşünmək doğru deyil. Sənətin pisi yoxdur, insanın pisi var. Bəlkə də çoxları xatırlamaz, amma mən orta məktəbdə oxuyanda sinif yoldaşlarım Samir Ağabalayev, Fadil Paşayev və Rəşad Müttəlibovla birlikdə respublika üzrə yarışlarda biliyimizlə səs salmışdıq”, – deyə o bildirib.(Manset)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam