ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bu ölkədə ölənlərin sayı 787-yə çatıb.
Yenixeber.org xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"Ölkənin 153 yaşayış məntəqəsində 504 obyektə endirilən hava zərbələri zamanı 787 nəfər həyatını itirib. Hazırda zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatları davam edir", - açıqlamada qeyd olunub.
Açıqlamada yaralıların sayı barədə heç bir məlumat verilməyib.
Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyəti martın 2-də ABŞ və İsrailin hücumlarında 555 nəfərin öldüyünü açıqlamışdı.









AZ
RU