Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli cərimə edilib -SƏBƏB

Dilçilik İnstitutunda iki nəfər qadın mübahisə edib. Nadir Məmmədli bu qərardan şikayət versə də etirazı təmin edilməyib.
NADİR MƏMMƏDLİ ƏMƏK MÜFƏTTİŞLİYİNİN QƏRARINA ETİRAZ EDİR!
Yenixeber.org: Bu haqda jurnalist Sima Babayeva FB səhifəsində yazıb:
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən (DƏMX) İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi tətbiq edilərək protokol tərtib olunub və 1300 manat cərimə yazılıb.
Səbəb odur ki, Dilçilik İnstitutunda iki nəfər qadın mübahisə edib. Nadir Məmmədli bu qərardan şikayət versə də etirazı təmin edilməyib.
Bu məsələ ilə əlaqədar Nadir Məmmədli ilə telefonla əlaqə saxladım. O deyir ki, bu hadisə indi baş verməyib. Həmin gün İnstitutda Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. Bütün kollektiv zalda olub.
Mübahisə edən qadınlar isə dəhlizdə sözləşiblər, aralarında münaqişə yaranıb. Bundan həmin an heç kimin xəbəri olmayıb. Sonradan tərəflər barışıb. Hər şey qaydaya salınıb.
Nadir müəllim bildirir ki, bu hadisəni “İstehsalatda baş verən bədbəxt hadisə” kimi təqdim etmək sadəcə ayıbdır. Bu məsələ elmi müstəvidə baş verməyib, şəxsi zəmində mübahisə olub və bitib.
Hadisə zamanı tərəflər bir-birinə xəsarət yetirməyib, nalayiq sözlər işlətməyib, ictimai asayişi pozmayıb, ətrafdakılara və əmlaka heç bir ziyan dəyməyib, ümumiyyətlə, əmək münasibətləri qaydalarında heç bir pozuntuya yol verilməyib.









AZ
RU