İranda yaşayış binasında partlayış baş verib -Ölən və yaralananlar var

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.
Yenixeber.org: Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.
Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.










AZ
RU