Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

İki dostun mübahisəsinə görə, yaranan qətllə bağlı şok olay:Yevlaxdakı qətlin əsas şahidi ölkədən qaçırıldı

Yevlaxdakı qətlin əsas şahidi ölkədən qaçırıldı


Prokurorluq məhkəmənin hökmündən narazı qaldı, amma şikayəti rədd edildi

 

Yenixeber.org:  Yevlax rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Rza Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Rza Rzayev 30 noyabr 2015-ci ildə, saat 21:30 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olarkən özünə məxsus “Mersedes Benz C 200” markalı avtomobili ilə Yevlax şəhəri “31-ci məhəllə” adlanan ərazidə yerləşən adsız kafenin qarşısına gəlib.
Orada sərxoş vəziyyətdə olan Sürət Əkbərov müştəri kimi Rza Rzayevə yaxınlaşıb və onu şəhərə aparmağı xahiş edib. Bu zaman Rza Rzayev ona sərxoşluğu ilə bağlı taksi xidməti göstərməkdən imtina edib.
Bu səbəbdən Sürət Əkbərov Rza Rzayevə söyüş söyüb. Buna görə də onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı orada olan Samiyəddin Mustafayev, Namiq Hacıyev və digərləri onlara yaxınlaşaraq hər ikisini sakitləşdirməyə çalışıb.
Mübahisə və qətl
Amma Rza Rzayev Sürət Əkbərovla etdiyi mübahisəyə aydınlıq gətirmək üçün onu idarə etdiyi maşına əyləşdirib və ümumi tanışları olan İbrahim Ağayevin yaşadığı binanın qarşısına aparıb.
Onun mobil telefonuna zəng edərək “qonşun Sürət içkili vəziyyətdə mənim və ailəmin ünvanına nalayiq sözlər işlədir, gəl onu başa sal, söyüş söyməsin” deyib və İbrahim
Ağayevdən maşını saxladığı yerə gəlməsini xahiş edib. İbrahim Ağayev deyilən yerə gəlib və onların mübahisə etmələrinə iradını bildirib, Sürət.Əkbərovu maşından düşürməyə çalışsa da, buna nail ola bilməyib.
Buna görə də İbrahim Ağayev də maşına əyləşib və Rza Rzayev avtomobili idarə edərək Bakı-Qazax magistral yolunun 288-ci kilometrliyinin Yevlax şəhərindən keçən hissəsindəki Q.Əşrəfbəyov küçəsinə gəlib.
“Gündəm Xəbər” bildirir ki, orada Rza Rzayev avtomobili saxlayıb, onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməsi ilə əlaqədar Sürət Əkbərova qəsdən xəsarət yetirməklə qisas almaq qərarına gəlib. Bu məqsədlə həmin gün saat 22:00 radələrində əvvəlcədən avtomobilinin sol ön qapısının ciblik hissəsində saxladığı bıçağı götürərək Sürət Əkbərovun əyləşdiyi avtomobilin ön oturacaq tərəfinə keçib. Orada Sürət Əkbərova bıçaqla xəsarət yetirib.
Bundan sonra, Rza Rzayev Sürət Əkbərovun yarasını sarıyıb. Sürətin təkidi ilə onu xəstəxanaya deyil, əvvəl İmran həkimin evinə aparıb. İmran həkim evdə olmadığını bildikdən sonra onu xəstəxanaya aparıblar. Lakin Sürət Əkbərov xəstəxanaya çatana kimi ölüb.
İstintaq orqanı Rza Rzayevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib və onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
İstintaqın ittihamı
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rza Rzayev bildirib ki, özünü Cinayət Məcəlləsinin 120.1-ci
maddəsi ilə verilmiş ittiham üzrə deyil, həmin məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.
O, ifadəsində göstərib ki, faktiki olaraq özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur: “Noyabrın 30-da, saat 21:00 radələrində bu məqsədlə özümə məxsus 99 GU 563 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri 31-ci məhəllədə kafenin qabağına gəldim. Kafenin qarşısında olarkən Sürət yaxınlaşdı və avtomobilə əyləşdi. Sürət “məni şəhərə apar” deyə bildirdi. Sürətin içkili olduğunu gördüm və onu aparmayacağımı bildirdim. Həmin vaxt Sürət məni nalayiq söyüşlər söyərək təhqir etdi. Buna görə də mübahisə etdik. Kafenin yaxınlığında olan şəxslər bizi araladı”.
“Bildirdi ki, ayıbdır, mübahisə etməyin”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sürət onun avtomobilinə əyləşib və qıraq yerdə gedib, söhbət edəcəyini tələb edib: “Maşına əyləşərək bir qədər oradan uzaqlaşdıqdan sonra 31-ci məhəllədə yaşayan dostum İbrahimin nömrəsinə zəng etdim. Ona dedim ki, sizin məhlədəyəm, binanızın qabağında, burada Sürət içkili vəziyyətdə mənə nalayiq söyüşlər söyür, gəl bura Sürəti başa sal ki, söyüş söyməsin. Bir neçə dəqiqə keçmiş İbrahim bizim yanımıza gəldi. Bildirdi ki, bir-birinizi tanıyırsız, ayıbdır, mübahisə etməyin. İbrahim hər ikimizi tənbeh etdi. Sürət maşından düşmədiyi üçün İbrahim də maşına oturdu. Oradan Bakı-Qazax magistral yoluna tərəf getdik. Maşında Sürət yenə söyüşlər söydü. Maşını Kür çayının yaxınlığında saxladım, Sürət Əkbərov maşından düşdü və maşının kənarında söhbətimizi davam etdirdik. Sürət mənə və ailə üzvlərimə nalayiq söyüşlər söydü. Maşından düşərkən maşının qapısının ciblik hissəsində saxladığım bıçağı götürdüm. Sürətlə mübahisə edərkən, onu yumruqla vurdum,
maşının qabaq oturacağına itələdim. Sürət maşının qabaq oturacağına tərəf arxası üstə yıxıldı. Sürət oturacaqda olarkən mənə təpik atdıqda, sol əlimdəki knopka ilə açılan bıçaqla Sürətin ayağına iki dəfə vurdum. Sürəti bıçaqla vuranda saat 22.00 radələri olub. Həmin vaxt Sürətin ayağından güclü qan axdı. Bu zaman Sürət mənə müqavimət göstərmədi. İbrahim də maşından düşərək bizi aralamağa çalışdı. Sürəti bıçaqla vurduqdan sonra özüm kənara çəkildim. Həmin vaxt Sürət özü ayağa qalxdı, bir qədər sonra Sürətin halsızlaşdığını gördük və İbrahimlə birlikdə bel kəməri ilə Sürətin yaraladığı ayağını qan itirməsin deyə bağladim. Sonra Sürəti İbrahimlə köməkləşərək maşına qoyduq”.
“Məqsədim öldürmək olmayıb”
Rza Rzayev qeyd edib ki, Sürəti xəstəxanaya aparmaq istəyiblər: “Amma Sürət cəza çəkmə yerindən şəri azad olunduğunu bildirdi, polis ilə problem yaşayaçağından qorxduğu üçün onu şəxsi həkim yanına aparmağımızı istədi. Buna görə də onu İmran həkimin yanına apardıq. İmran həkimin həmin vaxt qapısını döysək də, qapını açan olmadı. Sürəti İmran həkimin evinə aparanda artıq İbrahim yanımızda olmayıb. Hətta Sürət İlkinə zəng etdi, İlkin də qayınatası Oktaya zəng edərək yadım göstərməsini bildirdi. Bir az keçmiş İlkin onun xəstəxanaya aparılmasını bildirdi. Məndə sonra Sürəti Yevlax şəhər Mərkəzi xəstəxanasına apardım. Həmin vaxt saat 23:00 radələri olub. Sürəti bıçaqla vurduqdan təxminən 1 saat sonra onu şəhər xəstəxanasına aparmışam. Sürət Əkbərovu bıçaqla vurmaqda məqsədim onu öldürmək olmayıb, yalnız qorxutmaq istəmişəm”.
“Əməlimdən peşmanam”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakı-Qazax magistral yolunun üzərindəki körpüdən bıçağı Kür çayına atıb: “Sürəti
öldürmək məqsədim olsaydı, onu bıçaqla vuran zaman, eləcə də onu həkimə aparan zaman, İbrahim maşından düşəndən sonra tək olan zaman da kifayət qədər imkanı olub ki, onu öldürüm. Tutduğum əməldən peşmanam”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elmira Qələndərovanın sözlərinə görə, noyabrın 30-da, saat 23:00 radələrində oğlu Sürətin ölüm xəbərini veriblər: “Sonradan bildim ki, Rza Sürətin ayaq nahiyəsindən bıçaqla vurub, sonra ölməsi üçün onu maşında gəzdirib, sonra isə xəstəxanaya aparıb”.
Məhkəmə cinayətin əsas şahidi olan İbrahim Ağayevin ifadəsini öz dilindən dinləyə bilməyib. Buna səbəb İbrahim Ağayevin Azərbaycanda olmadığı, işdə olan sənədlərə görə xarici ölkələrin birində olduğu göstərilir.
İbrahim Ağayev istintaqa verdiyi ifadəsində göstərib ki, mərhum Sürət Əkbərov və Rza Rzayev yaxın dostudur: “”Noyabrın 30-da, saat 22:00 radələrində Rza mənə zəng edərək “sizin məhlədəyəm, dostun Sürətlə mübahisəm olub, gəl bura” deyə bildirdi. Dərhal yaşadığım ünvandan çıxaraq Rzanın olduğu yerə getdim. Həmin vaxt Rza ilə Sürətin “Mercedes Benz” markalı avtomaşında olmalarını gördüm. Onlara yaxınlaşaraq hər ikisini evimə dəvət etdim, bir-biriləri ilə mehriban olmalarını bildirdim. Rzaya isə “Sürət sənə söyübsə elə bil ki, mənə söyüb” dedi. Həmin vaxt yenidən Rza ilə Sürət arasında mübahisə böyüdü. Rza ilə Sürəti sakitləşdirməkdən ötrü, ilk öncə Sürət əyləşdiyi yerin qapısını açdım, Sürəti maşından düşürmək istədim. Həmin vaxt Sürət maşından düşmədi, Sürətin maşından düşmək istəməməsini gördük də, maşının arxa oturacağına əyləşdim. Sonra Rza avtomaşını işə salaraq Qazax-Bakı magistral yoluna tərəf sürdü. Daha sonra isə magistral yolun kənarında yerləşən bir məhəlləyə girdik. Sürət Rzaya “var-yox” söyüşü etdi. Rza
orada avtomaşını saxladı. Həmin vaxt Sürət maşından düşdü. Rza və Sürətin ardınca mən də maşından düşdüm. Rza Sürətə tərəf getdi, Sürətə yaxınlaşa bilməsin deyə Rzanı qucaqladı. Rza əlimdən çıxaraq Sürətə bir dəfə yumruqla vurduqdan sonra Sürət maşının sağ ön oturacağına yıxıldı. Rza əlindəki bıçaqla bir neçə dəfə Sürətin ayağına vurdu, Rzaya yaxınlaşaraq onu araladım. Həmin vaxt Sürət ayağa qalxdı və mənə “Rza məni bıçaqlayıb” dedi. Sürətin ayağından qan axdığını gördüm”.
“Sürətin öldüyünü bildik”
Şahidin ifadəsinə görə, Sürət bir neçə metr hərəkət edib, daha sonra yerə yıxılıb: “Sürət qan itirməsin deyə şalvarının belindəki kəməri açaraq onun ayağına bağladım. Sonra Rzaya Sürəti xəstəxanaya aparmasını dedim. Rza maşını xəstəxanaya sürmədi, pristin küçəsinə sürdü. Rzanın bu hərəkətindən narahat oldum, yolda maşını saxlatdıraraq düşdüm. Həmin vaxt mənimlə bir məhəllədə yaşayan İlkin zəng etdim və İlkinə pristin küçəsində olduğumu, məni aparmasını bildirdim. İlkin gələndən sonra məni xəstəxanaya aparmasını bildirdim. İlkin məni xəstəxanaya aparan vaxt maşında Ramil, Sadiq və Saməddin də olub. Biz birbaşa şəhər xəstəxanasına getdik. Orada Sürətin öldüyünü bildik”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rza Rzayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 126.3-cü maddəsinə tövsüf edilib. Həmin maddə ilə Rza Rzayev təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluq hökmdən narazı salan səbəbə nə oldu?
Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokuror Fuad Musayevin imzası ilə Şəki Apelyasiya
Məhkəməsinə daxil olan şikayətdə qeyd olunub ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif etməkdə səhvə yol verib.
“Şəki Ağır Cinayətlər Məhkəməsi Rza Rzayevin qisas məqsədi ilə qəsdən Sürət Əkbərovu öldürməsini istisna etməklə, tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyib, tətbiq edilməməli olan cinayət qanunu normasını tətbiq edib, cinayət qanunu normasını düzgün şərh etməməklə əməlin tövsilındə səhvə yol verməklə mübahisəli qərar qəbul edib. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək, təqsirləndirilən şəxs Rza Rzayevin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə və onun barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş edirik”, -deyə prokuror protestində qeyd edib.
Prokurorluğun protestində Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti əsassız hesab edilib və şikayət təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.


GundemXeber.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam