Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Starmerin mətbuat katibi də istefa verdi -SƏBƏB

FMGJADWCLNPO3EQ7TF5BGJJKI4

Böyük Britaniya hökumətində baş verən “Epşteyn qalmaqalı” Dauninq-stritdə ardıcıl istefalara səbəb olub.

Yenixeber.org: Baş nazir Kir Starmerin baş kommunikasiya direktoru Tim Allan vəzifəsindən istefa verib.

Nəşr yazır ki, bu qərar ölkənin ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış gərginlik fonunda verilib. Allan açıqlamasında yeni komandanın qurulmasına şərait yaratmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, bu, son 24 saat ərzində Britaniya hökumətində ikinci yüksək səviyyəli istefadır. Belə ki, dünən Baş nazirin aparat rəhbəri Morqan Maksvini də eyni səbəbdən postunu tərk edib. Maksvini Piter Mandelsonun səfir təyin edilməsi qərarında məsuliyyəti öz üzərinə götürərək, bu təyinatın səhv olduğunu etiraf edib.

Xatırladaq ki, Starmer artıq Epşteynin qurbanlarından rəsmi şəkildə üzr istəyib və Mandelsonun ona yalan söylədiyini bildirib.(“Sky News”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam