Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

 

Ermənistan və Azərbaycan malların siyahısının mübadiləsini həyata keçirib, iş adamlarından cavab gözlənilir.

Yenixeber.org xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə bildirib.

Nazir xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Azərbaycan bazarında Ermənistan malları yoxdur.

"Tərəflər qarşılıqlı tədarük üçün mal siyahılarını mübadilə və müzakirə ediblər. Biz başa düşürük ki, bazarlar hər iki tərəf üçün açıq olmalıdır: həm onlar üçün bizim bazarımız, həm də bizim üçün onların bazarı. Fikrimcə, bunun üçün vaxt lazımdır. Bu, tədricən baş verən prosesdir", - o bildirib.

Nazir vurğulayıb ki, qarşılıqlı tədarüklər üçün lazımi şəraitin böyük hissəsi artıq yaradılıb, lakin tam logistik əlaqələndirmənin olmaması və digər məsələlər hələ də açıq qalır.

Onun sözlərinə görə, bu istiqamətdə iş davam edir və lazım gələrsə, malların Ermənistan ərazisindən keçə bilməsi üçün artıq nəqliyyat marşrutları və əlaqə kanalları açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam