Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Abid Şərifovun şirkəti "Ağsuçay" yatağını aldı

Ağsu rayonunda yerləşən "Ağsuçay" qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi məlum olub.

Yenixeber.org: Hərracda "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) 70 000 manat qiymət təklifi ilə qalib seçilib. 

Beləliklə, yataq yekun qiymət olaraq 70 000 manata sözügedən şirkətə satılıb. 

"Ağsuçay" qum-çınqıl yatağının həcmi 90 000 kubmetr, sahəsi isə 6 hektardır. Yatağın istismar müddəti bir ildir.

"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Hərçənd Abid Şərifov mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirmişdi. 

Şirkətin keçmiş məmura məxsusluğu barədə iddialara isə onun xanımının ASC-nin əsas səhmdarlarından biri olması rəvac verib. 

Yeri gəlmişkən, "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin dövlət büdcəsinə 6 718 407,21 manat borcu var. /Qaynarinfo/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam