Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına, sabah isə Misirə səfər edəcək.

Yenixeber.orgxəbər verir ki, TRT Haber-in məlumatına görə, Türkiyənin kommunikasiya naziri Burhanəddin Duran Rəcəb Tayyib Ərdoğanın 3 fevralda Səudiyyə Ərəbistanına, 4 fevralda isə Misirə səfər edəcəyini açıqlayıb.

Duran sosial media paylaşımında bildirib ki, Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyadda keçirəcəyi görüşlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, eləcə də regional və qlobal inkişaflar müzakirə olunacaq.

Duran bunları bildirib:

"Prezidentimiz Ər-Riyada səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə 4 fevral 2026-cı ildə Qahirədə misirli həmkarı ilə Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək.

Misirə səfər zamanı ikitərəfli gündəmimizdəki məsələlərin müzakirəsi, eləcə də regional və beynəlxalq inkişaf, xüsusən də Fələstinlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır. Prezidentimizin səfər zamanı keçiriləcək Türkiyə-Misir Biznes Forumunda da iştirakı planlaşdırılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam