Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

İran parlamenti Aİ ölkələrinin silahlı qüvvələrini terrorçu qurumlar kimi tanıdı

İran parlamenti Aİ ölkələrinin silahlı qüvvələrini terrorçu qurumlar kimi tanıyıb
İran parlamenti Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb.

Yenixeber.org: Bu barədə AlJazeera məlumat yayıb.

Qərar Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Brüsselin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplaşmalar hesab edilir. Parlament sədri əlavə edib ki, “bu addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşəcək”.

Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və Korpusu etirazçılara qarşı qəddarlıqda ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam