UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.
Yenixeber.org-un məlumatına görə, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.










AZ
RU