İranda 1953-cü il ssenarisi təkrarlanır
MOSSAD və Mərkəzi Kəşfiyyat İdarəsi İrandakı etirazlara müdaxilə edərək, Şah Pəhləvinin hakimiyyətə gəlməsi ilə bağlı 1953-cü il ssenarisini təkrarlayır.
Yenixeber.org: Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“İnsanlara “Ayaks əməliyyatı” və “Şahın bütün adamları” kitablarına baxmağı tövsiyə edirəm. Bu mənbələr 1953-cü il əməliyyatını təsvir edir. Hətta bu gün də MOSSAD və Mərkəzi Kəşfiyyat İdarəsi 73 il sonra oxşar ssenari üzrə əməliyyatlar aparır. Burada onlar həmçinin 25 ildən sonra 5 oktyabr (2000-ci il, keçmiş prezident Slobodan Miloşeviçin devrilməsi -red.) hadisələrini təkrarlaya biləcəklərinə ümid edirdilər”, - o bildirib.










AZ
RU
