Abşeron rayonu Xırdalanda Z. Tağıyev küçəsində qanunsuz tikinti işləri aparılır.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə tikinti və betonlama işləri qanunsuz aparıldığı iddia olunur.
Heç bir təhlükəsizlik tədbirləri görülmədən elektik naqillərin üzərindən beton vuran ağır texnika avtomobili ərazidə betonlanma işləri aparır.
Məlumat üçün qeyd edək ki, Xırdalanda Z.Tağıyev küçəsində betonlanma və tikinti aparılan ərazidə heç bir icazə verici sənədin olmadığı bildirilir.
Aidiyyatı qurumlara sorğu göndərilb. Qeyd edək ki, belə hallar Abşeron rayon ərazisində ilk deyil.
Adını açıqlamayan şəxs Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərəzliyevlə “razılışma” əsasında tikinti işləri aparıldığını bildirib.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə sorğu göndərilib.(xalq.online)










AZ
RU

