Bu yol tamamilə bağlandı
Gürcüstan ərazisində baş verən qar uçqunları səbəbindən Şimali Osetiyada Hərbi Gürcüstan yolunda bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Yenixeber.org: Rusiya Fövqəladə Hallar Hazirliyinin Şimali Osetiyadakı idarəsindən məlumat verilib.
“Gürcüstanda baş verən qar uçqunları, təhlükəsiz keçidin təmin edilməsinin mümkünsüzlüyü və Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla, 11 yanvar 2026-cı il, saat 05:20-dən etibarən Rusiya Federasiyasından çıxış istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti növbəti xəbərdarlığa qədər qadağandır”, - məlumatda qeyd olunub.










AZ
RU
