Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?

 

“Böyük Yeddilik” (G7) sammitinin keçirilmə tarixinə dəyişiklik edilib.

Yenixeber.org xəbər verir ki, buna səbəb tədbirin keçirilmə tarixinin ABŞ Prezidenti Donald Trampın ad günü ilə üst-üstə düşməsidir.  

Bildirilir ki, builki sammit əvvəlcə 14-16 iyun tarixlərinə planlaşdırılıb. Lakin 14 iyun ABŞ-də Bayraq Günü olmaqla yanaşı, həm də Donald Trampın ad günüdür. Üstəlik, bu il ABŞ lideri 80 illik yubileyini qeyd edir.

Daha əvvəl Tramp 14 iyunda Ağ Evin “böyük UFC döyüşü” keçirəcəyini bəyan edib.

Bu fonda G7 sammitinə ev sahibliyi edəcək Fransa tədbirin tarixinə dəyişiklik edərək, onun 15-17 iyun tarixlərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb. 

Fransa Prezidenti Emmanuel Makronun ofisi sammitin bir gün gec başlaması ilə bağlı qərarın G7 tərəfdaşları ilə məsləhətləşmələr əsasında qəbul edildiyini bəyan edib. Nəşr isə iddia edir ki, bu qərar məhz Trampın özünə ad günü şənliyi keçirmək planları ilə əlaqədardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam