Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Şahdağ Turizm Mərkəzi”ndə dəhşətli hadisə:Kanat qəfil dayandı, vətəndaşlar geceyarısı meşələrdə qalıb….

media-sahdag

Şahdağ Turizm Mərkəzində hər kəsi təşvişə salan hadisə baş verib. İçi sərnişinlərlə dolu olan kanat yolu hərəkətdə olarkən qəfil dayanıb. Nəticədə onlarla insan yüksək hündürlükdə, havada asılı vəziyyətdə qalıb.

Yenixeber.org: Hadisə şahidləri sosial platformada videolar paylaşıb.

Hadisə baş verən an ərazidə böyük həyəcan yaşanıb. Sərnişinlərin kömək çağırışları eşidilib, turistlər arasında panika yaranıb. İlkin məlumata görə, kanat uzun müddətdir hərəkətsiz vəziyyətdədir.

Dərhal ərazi nəzarətə götürülüb, aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Xilasetmə tədbirlərinin görülməsi üçün hazırlıqlar aparılıb. Sərnişinlərin təhlükəsiz şəkildə endirilib xəsarət alan olmayıb .

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Rəsmi qurumlardan əlavə məlumat gözlənilir.

Qeyd edək ki, istirahətə gedən vətəndaşlar tətilləri yarımçıq qoyub məkanı tərk ediblər.(xalq.online)

“Şahdağ Turizm Mərkəzi”nin münasibətini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam