Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

 Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlanır...


rusiyaya-qarsi-19-cu-sanksiyalar-paketi-resmen-tesdiqlendi

Avropa Birliyinə üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu planlaşdırır. Yeni paketdə fərdi və sektorlar üzrə məhdudiyyətlərin genişləndirilməsi nəzərdə tutulur.

Yenixeber.org: Bu barədə “Velt” qəzeti Avropa diplomatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, planlara AB ərazisində müəyyən şəxslər və təşkilatlar üçün səfər qadağaları və aktivlərin dondurulması daxildir. Xüsusi diqqət Ukraynalı uşaqların qaçırılmasına görə məsuliyyət daşıyanlara yönəlib.

Bundan başqa, enerji və bank sektorlarında əlavə sanksiyaların tətbiqi, eləcə də mövcud məhdudiyyətlərdən yayınmağa imkan verən boşluqların aradan qaldırılması planlaşdırılır.

AB eyni zamanda Rusiyadan uran idxalının qadağan edilməsini və bununla “Rosatom”a sanksiya tətbiqini də müzakirə edir. Bu təşəbbüsü bir sıra üzv dövlətlər dəstəkləsə də, Fransa və Belçika buna qarşı çıxır.

Diplomatik mənbələrin məlumatına görə, sözügedən ölkələr atom elektrik stansiyalarının fəaliyyəti üçün lazım olan uranı Cənubi Afrika, Avstraliya və ya Kanadadan ala bilərlər, lakin bu, daha baha başa gələ bilər.

Qeyd edək ki, AB-nin sonuncu sanksiyalar paketi oktyabrın 23-də qəbul edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam