Əksəriyyət icra başçısının bu hərəkətini qınayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı şəhid anasının evinə ayaqqabı ilə girib
Dekabrın 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə xanım Rzayevaya M. Rəsulzadə küçəsindəki 6/102 binasında yerləşən 1 nömrəli mənzilin açarını təqdim edib. Mingəçevirli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə şəhid ailəsinin mənzilinə gələn və bu günə kimi adı müxtəlif qalmaqallarda hallanan icra başçısı ayaqqabısını çıxarmağı "unudub". Bunun isə nə demək olduğu məlum...
Xatırladaq ki, bu cənab İlham İsmayılovla bağlı ilk belə hadisə deyil. İllər öncə də, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhid ailələri və müharibə veteranlarını ziyarət edərkən çəkilmiş foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur.
