Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

5 min uçuş TƏXİRƏ SALINDI -SƏBƏB

ABŞ-də 5 min uçuş TƏXİRƏ SALINDI

ABŞ-nin şimal-şərqinə yağan qar səbəbindən 5 mindən çox aviareys gecikib.

Yenixeber.org: Bu məlumatlar ixtisaslaşmış "FlightAware" portalı tərəfindən təqdim olunub.

Məlumata görə, şənbə günü 5 588 reysin sərnişinləri gecikmələrlə üzləşib, daha 862 reys isə ləğv olunub.

Bu həftə ABŞ-nin şimal-şərqində güclü qar yağışı müşahidə olunur. "ABC News" telekanalının bildirdiyinə görə, cümə günü Nyu-York ştatında 15 sm-ə qədər qar yağıb. Yerli hakimiyyət orqanları zərurət olmadıqca səfərlərdən çəkinməyi tövsiyə edib.

Nyu-Yorkdakı Con Kennedi və La-Quardiya hava limanları sosial şəbəkələrdə əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıblar. Nyu-Cersi ştatındakı Nyuark Hava Limanının rəhbərliyi isə sərnişinlərə aeroporta çatmaq və yoxlamalardan keçmək üçün daha çox vaxt ayırmağı tövsiyə edib.

Güclü qar yağışı və yollarda buzlanma təhlükəsi Kannektikut, Rod-Aylend və Pensilvaniya ştatlarını da əhatə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam