Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Həftəsonu məktəblərdə dərs olacaq? -Nazirlik açıqladı

 

Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər. 

Yenieber.org xəbər verir ki, bəzi valideynlər onlara məktəblərdə və universitetlərdə iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini bildiriblər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.

Qeyd edək ki, Azərbaycanda 31 dekabr - 4 yanvar qeyri-iş günləridir. Yanvarın 5-i gələn ilin ilk iş günüdür. (Mənbə “Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam