Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib.

Yenixeber.org: Müraciətdə deyilir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir. Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur.

Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında aşağıdakılar vurğulanıb:

• Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
• Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;
• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.

"Qaydalara əməl edin, həyatınızı və başqalarının həyatını qoruyun", - müraciətdə qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam