Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik

 

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik.

Yenixeber.org-un xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə atdığı təməllər bu gün TANAP ilə Avropanın enerji təhlükəsizliyinin sığortası halına gəlib: “Ancaq vizionumuz sadəcə boru kəmərləri ilə neft və qaz daşımaqla məhdudlaşa bilməz. Bizlər Xəzərin resurslarını Qərbə çatdıran bir tranzit ölkəsi deyilik, enerjinin idarə edildiyi, enerji təhlükəsizliyinin təmin edildiyi strateji mərkəzlərik. Bu aspektdə enerji sahəsində əməkdaşlığımızı bərpa olunan enerji mənbələrini də əhatə edəcək şəkildə çeşitləndirməli, Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam