Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiya bayrağı altında üzən gəmi saxlanıldı -SƏBƏB

İsveç Rusiya bayrağı altında üzən gəmini saxladı

Dekabrın 21-i gecəsi İsveç hakimiyyəti mühərrikində nasazlıq yarandıqdan sonra ölkənin cənub sahillərində lövbər salmış Rusiya bayrağı altında üzən "Adler" gəmisini yoxlayıb.

Yenixeber.org: Bu barədə İsveç Gömrük Xidməti məlumat yayıb.

Gömrük rəsmiləri gəmiyə minərək Sahil Mühafizəsindən kömək istəyiblər. Eyni zamanda Milli Operativ Qrup da əməliyyatda iştirak edib və İsveç Təhlükəsizlik Polisi (SEPO) və Dövlət Prokurorluğu istintaqa cəlb olunub.

İsveç gömrük nümayəndəsi Martin Höglund bildirib ki, hazırda gəmidə axtarışlar davam edir: "Biz yükü və sənədləri sistemli şəkildə yoxlayırıq; bütün bunları gömrük yoxlaması zamanı etmək hüququmuz var. Gəmi İsveç sularındadır və məlum səbəblərdən burada lövbər salmamalı olduğu üçün gömrük bəyannaməsini təqdim etməyib. Ekipaj iddia edir ki, mühərrikdə problemlər mövcuddur".

"Adler" gəmisi 20 dekabr gecəsi Öresund boğazından şimala doğru hərəkət edərkən mühərriki sıradan çıxıb. İsveç sahillərində təcili yardım siqnalı alındıqdan sonra gəmi Kulla yarımadasında lövbər salıb. Gəmi ABŞ və AB sanksiya siyahılarında olan Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam