Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Bakı-İrəvan gərginliyi başa çatır -Gürcüstan Prezidenti

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında mövcud olmuş gərgin vəziyyət başa çatmaq üzrədir.

Yenixeber.org: Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə deyib. O, Cənubi Qafqazın Şərqlə Qərb arasında ən önəmli bölgələrdən biri olduğunu qeyd edib.

“Serblərin də bu dəhlizlə bağlı böyük imkanları yaranacaq. Biz Qara dəniz vasitəsilə Balkan ölkələri ilə daha sıx münasibətlər saxlayacağıq. Bu ikitərəfli münasibətlər gündəliyimizə daha çox məsələni daxil etməyə imkan verəcək”, - Kavelaşvili əlavə edib.

Vuçiç öz növbəsində Gürcüstanın dünyada çox vacib yer tutduğunu bildirib:

“Gürcüstan gözəl ölkədir, Qara dənizə çıxışı var, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistanla həmsərhəddir”.

Prezidentin sözlərinə görə, tezliklə Serbiya ilə Gürcüstan arasında azad ticarət sazişinin imzalanması üzrə strateji müzakirələrə başlanılacaq. O, yaxın zamanlarda Tbilisidə Serbiyanın səfirliyinin açılacağını da vurğulayıb



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam