Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ermənistan Britaniya ilə strateji tərəfdaşlığa keçidi müzakirə edir

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauellə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə edib.

Yenixeber.org xəbər verir ki, tərəflər Ermənistanla Böyük Britaniya arasındakı əlaqələrin dinamik inkişafını yüksək qiymətləndirib və onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə hazırlığı təsdiq ediblər.

Qriqoryan və Pauell gündəlikdəki bir sıra mühüm məsələlərə toxunub, gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər.

Britaniya tərəfi Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları alqışlayıb və bunların Bakı ilə İrəvan arasında münasibətlərin tam normallaşması yolunda mühüm addımlar olduğunu vurğulayıb.

Qriqoryan bölgədə bərqərar olmuş sülhün institusionallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam